2016-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsi müzakirə olundu

2016-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsi müzakirə olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qeyd olunub ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Bildirilib ki, sözügedən Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Daha sonra deputatlar qanun layihəsi haqda fikirlərini bildirib, təkliflərini irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə