"2016-cı ildə neft bahalaşarsa, büdcə yenidən müzakirə oluna bilər" AÇIQLAMA

"2016-cı ildə neft bahalaşarsa, büdcə yenidən müzakirə oluna bilər" AÇIQLAMA

"Uzun müddətdir ki, 1 barel neftin qiyməti 50-55 dollar civarında dəyişir. Ona görə də hesab edirəm ki, 2016-cı ildə də neftin qiyməti 50-55 dollar səviyyəsində qorunacaq. 2016-cı il dövlət büdcəsinin proqnozlarına görə, 1 barel neftin qiyməti 50 dollar əsasında götürülüb. Əgər 2016-cı ildə neftin qiymətində bahalaşma müşahidə edilərsə, o zaman dövlət büdcəsi müzakirəyə çıxarıla bilər". Bu fikiləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov deyib.

Vahid Əhmədov böyük ehtimalla neftin qiymətində artımın olmayacağını dilə gətirib: "Düşünmürəm ki, bundan sonra neftin qiymətində artım olsun. Çünki neftin qiyməti birbaşa dünyada baş verən münaqişələrdən asılıdır. Bu baxımdan da prosesləri öncədən proqnozlaşdırmaq mümkün deyil".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə