Məzənnələr dəyişdi

Bu gün sentyabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib. SİA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 28-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 23-ü ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0056 manat və ya 0,48% artaraq 1,1732 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,01% bahalaşaraq 0,0160 manat səviyyəsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə