Daha bir kəndə qaz verildi

Sentyabrın 22-də Göyçay rayonunun Şıxəmir kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 54 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1596 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4537 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 54 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə