Bu il qarğıdalı bol olacaq

Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı mütəşəkkil qaydada davam edir. SİA-nın məlumata görə, bu il fermerlər 5 min 910 hektar sahədə qarğıdalı yetişdiriblər. İndiyədək 4 min 790 hektar sahənin məhsulu yığılıb, 24 min 824 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 56 sentner məhsul götürülüb. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər qalan 1120 hektar sahənin məhsulunun da tez və itkisiz yığılması üçün səylə çalışırlar.

Qeyd edək ki, təsərrüfatlarda günəbaxan yığımı isə artıq başa çatıb. Məhsul istehsalçıları 252 hektar sahədən 441 ton günəbaxan tumu əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə