“Qaradağ” yatağında yeni quyu qazılır

“Qaradağ” yatağında yeni quyu qazılır

"Qaradağ" yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədilə 487 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb. SİA-nın məlumatına görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən məhsuldar qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3 min 100 metrdir. Quyuya sutkalıq 100 min kubmetr qaz vurulması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə