2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 6 milyard manatlıq transfertlər nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında məlumat verilir. Bildirilir ki, gələn il ARDNF-in gəlirlərinin 6 milyard 711,6 milyon manat, xərclərinin isə 8 milyard 200 milyon manat olacağı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB