SOCAR-ın DESFA-da almaq istədiyi payda dəyişiklik gözlənilmir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin səhmlərinin alınması ilə bağlı paketdə dəyişiklik gözlənilmir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
SOCAR prezidenti qeyd edib ki, sentyabr ayında Yunanıstanda seçki keçirilməsi gözlənilir: "Seçkidən sonra isə yeni hökumətlə DESFA-nın səhmlərinin alınması istiqamətində danışıqlar davam edəcək. Bu səbəbdən də danışıqlar dekabr ayına qədər dondurulub".
Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası razılaşma ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüyünü deyib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB