Qazın verilişində məhdudiyyətlər olacaq

Qazın verilişində məhdudiyyətlər olacaq

Avqustun 28-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin "Samux" (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, təmir müddətində Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə