Nazir müavini AŞPA məruzəçisi ilə görüşdü

Nazir müavini AŞPA məruzəçisi ilə görüşdü

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" üzrə məruzəçisi xanım Milisa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir müavini İlham Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini qonaqların diqqətinə çatdırıb.

Nazir müavini bildirib ki,Sərsəng su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur.

Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız qış aylarında gecə vaxtları suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün su basma təhlükəsi yaradır, onların əhalisini daim qorxu və təşviş içində saxlayırlar.

Tərtər çayı suyun buraxılmamasında əkin sahələrinin su təminatını yaxşılaşdırılması məqsədilə ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində Sərsəng su anbarının əhatə dairəsində olan rayonların ərazisində 586 ədəd əlavə su parteziyan quyuları qazılmışdır. Bu isə əlavə büdcə xərcləri hesabına başa gəlir. İşğal zonasında çoxsaylı Meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi yarımçıq qalmış və bu keçən müddət ərzində onlar dağılaraq sıradan çıxmışdır. Su anbarını subasma zonasında yerləşən Tərtər Bərdə sakinlərində, eləcədə Ağdərə, Tərtər, Bərdə, Zərdab və Ağdaş rayonlarının 130-dan çox yaşayış məntəqələrində məskunlaşmış 500 min nəfərə yaxın insan, ermənilərin məqsədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır.

Nazir müavini İlham Quliyev samur transsərhəd çayının su ehtiyatlarının istifadəsini "Azərbaycan Respublikası höküməti və Rusiya Federasiyası höküməti arasında transsərhəs çayının su ehtiyyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə uyğun həyata keçirildiyini, Araz çayının su ehtiyyatlarının bölüşdürülməsinin isə "Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə İran İslam Respublikası və Azərbaycan Respublikasının daiçi fəaliyyət birgə komissiya" tərəfindən tənzimləndiyini qonaqların diqqətinə çatdırdı.

İ.Quliyev bütün bu çətinliklərə baxmayaraq ölkəmizin prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə əldə etdiyi uğurlardan söhbət açmış, cari ildə xüsusi ilə taxılçılıq sahəsində rekord məhsul istehsal olduğunu vurğulayıb.

Avropa Şurası Parlamen Assembleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" üzrə məruzəçisi xanım Milisa Markoviç səmimi qəbula görə təşəkkürünü bildirib, artıq ikinci dəfə Azərbaycana səfər etdiyi diqqətə çatdırıb, həmçinin Azərbaycanın sərhədyanı bölgələrinə səfər etdiyini xüsusən Ermənistanla sərhəd olan rayonlarda sakinlərinin su təminatında qarşılaşdıqları çətinliklərlə ilə tanış olduğunu qeyd edib, Xanım Milisa Markoviç toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə Parlamentin iclasında məruzə edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə