Vüqar Bayramov bahalaşmadan danışdı AÇIQLAMA - SƏS TV

Vüqar Bayramov bahalaşmadan danışdı AÇIQLAMA - SƏS TV

"Məhsulların qiymətində son vaxtlar artım müşahidə olunur. Lakin söylənilənlər kimi bu artım 20-30 faiz civarında deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekpsert Vüqar Bayramov deyib.

V. Bayramovun sözlərinə görə, Azərbaycanda ərzaq məhsulları ilə bağlı aparılan monitorinqlər zamanı 6-10 faiz artım müşahidə edilib ki, bu da idxal olunan məhsulların istehsal edildiyi ölkələrin özündə qiymət artımının müşahidə edilməsi ilə əlaqədardır: "Ərzaq məhsullarında müşahidə edilən qiymət artımı inflasiya üçün iqtisadi zəmin yaratmır. Bizim apardığımız monitorinqlərin nəticələri onu göstərir ki, bəzi məhsulların qiymətlərində, xüsusən xaricdən gətirilən ərzaq məhsullarının qiymətlərində çeşidindən asılı olaraq 5-6 faiz artım müşahidə olunur. Ərzaq məhsullarının qiymətlərində müşahidə olunan artımlar daha çox idxal olunan məhsullardadır. Bunun səbəbi isə istehsalçı ölkədə məhsulun qiymətinin artması ilə əlaqədardır. Nəticə etibarilə ölkəyə gətirilən məhsullar daha bahalı olaraq təklif olunur. Bir sıra yerli ərzaq məhsullarında da qiymət artımı var. Bu birbaşa istehsal olunan həmin ərzaq məhsullarında xammalın xaricdən gətirilməsi ilə əlaqədardır. Kənd təsərrüfatı məhsullarının qiymətlərində dəyişikliklər yoxdur. Məhsulların qiyməti əvvəlki səviyyədə qalmaqdadır. Amma daha çox yeyinti və ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edilir. Təbii ki, bu hər hansı bir narahatçılığa əsas verməməlidir. Mövcud şərtlər daxilində Azərbaycanda qiymətlərin kəskin artacağı gözlənilmir. Eyni zamanda xarici ölkələrdə qiymət artımının olması və bunun idxala təsir etməsi bəzi ərzaq məhsullarının qiymətini artıra bilər. Lakin ölkədə kəskin inflyasiya gözlənilmir və bunun üçün hər hansı bir iqtisadi zəmin də yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə