Dəniz nəqliyyatı ilə 4 milyon ton yük daşınıb

Dəniz nəqliyyatı ilə 4 milyon ton yük daşınıb

Bu ilin yanvar-iyul ayı ərzində dəniz nəqliyyatında daşınan yüklərin həcmi 4,1 mln. ton təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, yüklərin 70,0%-ni neft yükləri, 30,0%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.

Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 5,4 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib.

İşlənən yüklərin 94,9%-ni beynəlxalq tranzit yüklər təşkil edib.

Cari ilin avqust ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 77,2 min ton idxal yüklərin qalığı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə