Azərbaycan İran donmuş aktivlərini geri qaytarır

Azərbaycan İran donmuş aktivlərini geri qaytarır
İran-Azərbaycan katibliyinin rəhbəri, Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının rəhbəri Mehdi Möhtəşəmi açıqlayıb ki, İranın Azərbaycanda olan 120 milyon dollara yaxın dondurulmuş aktivləri geri qaytarılacaq. SİA-nın İranın Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, Mehdi Möhtəşəmi bu sözləri Ərdəbil əyalətinin iş adamları ilə görüşü zamanı deyib. O bildirib ki, iki ölkə arasında Tehranda baş tutmuş görüş zaman iqtisadi danışıqlar aparılıb. Onun sözlərinə görə, qarşılıqlı ticarət daxilində Azərbaycan İrana məxsus 500 milyon dollara ona geri qaytaracaq.

O deyib ki, bu barədə İran hökuməti Azərbaycanın Mərkəzi Bankından xahiş edərək dondurulmuş aktivlərin geri qaytarılmasını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə