“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 2150 nömrəli meydançadan 2156 nömrəli quyuda qazma işlərinə başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, "Neft Daşları" neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1640 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə