Aydın Hüseynov: “Qiymət artımına qarşı birgə mübarizə aparmaq lazımdır” AÇIQLAMA
"İlk növbədə baxmaq lazımdır ki, ölkədə qiymət artımı üçün hansısa bir zəmin var, ya yox. Eləcə də qiymət artımı prosesi hansı hallarda baş verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Azərbaycanda qiymətlərin süni şəkildə artırılmasına münasibət bildirərkən deyib.
İqtisadçının sözlərinə görə, qiymət artımı o zaman baş verir ki, əmtəənin, malın, ümumilikdə götürdükdə bazara satılması üçün çıxarılan istənilən bir əmtəənin maya dəyərinə təsir edən faktorlarda bir dəyişiklik olsun: "Maya dəyərinə təsir edən amillər isə enerji daşıyıclarıdır. Buna yanacağı, işığı, qazı, suyu və s. xidmətləri göstərə bilərik. Bunların heç birində artım baş verməyib. Əgər bu artım baş verməyibsə, deməli, burada qiymətin artırılması süni şəkildə baş verir. Süni şəkildə qiymət artımı ilə bağlı hələ bu ilin birinci rübünün yekunlarında cənab Prezident öz fikrini bildirmişdi. Hətta fevral ayında manatın devalvasiya olduğu bir vaxtda da bundan sui-istifadə edib qiymət artımına gedirdilər. Məhz ölkə başçısının tapşırığı ilə bunu Azərbaycan hökuməti nəzarətə götürdü və süni qiymət artımının qarşısı alındı. Əlbəttə ki, belə bir proseslərdə möhtəkirlər meydana gəlir. Onlar süni qiymət artımına yol verirlər ki, artıq bunun qarşısı alınıb".
A.Hüseynov əlavə edib ki, bu kimi halların qarşısının alınmasını ilk növbədə cəmiyyət özü həyata keçirməlidir: "İndi artıq cəmiyyətin kifayət qədər informasiyası və məlumatı var. Bu gün ölkədə qiymətlərin artırılması üçün heç bir zəmin yoxdur. Bu məsələlər hökumət tərəfindən tam nəzarətdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB