BTC kəməri ilə 2,5 milyon ton neft nəql olunub

BTC kəməri ilə 2,5 milyon ton neft nəql olunub

2015-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 597 min 725 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 544 min 284 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyul ayının 1-ə qədər BTC-yə 278 milyon 369 min 216 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin iyun ayında BTC kəməri ilə 343 min 394 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə