Nazir DİF sammitində iştirak edib

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 21-23 may tarixlərində İordaniya Haşimilər Krallığında Dünya İqtisadi Forumunun (DİF) Yaxın Şərq və Şimali Afrika üzrə keçirilmiş sammitində iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İordaniya Haşimilər Kralı II Abdullah, Misir Ərəb Respublikasının prezidenti Abdel Fəttah Əl Sissi, Fələstin Milli Hakimiyyətinin prezidenti Mahmud Abbas, DİF-in təsisçisi və icraçı sədri Klaus Şvab, yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, akademik nümayəndələr, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin iştirak etdiyi Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Hökumətini nazir Əli Abbasov təmsil edib. Nazir qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemlərinin həllində rolu kimi mövzuların müzakirə edildiyi "Gələcəyin texnologiyaları" "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə