Türkiyəli nazir: “TANAP-a ortaq olmağımıza baxmayaraq...” AÇIQLAMA

Türkiyəli nazir: “TANAP-a ortaq olmağımıza baxmayaraq...” AÇIQLAMA

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldız Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) ortaq olunmasına baxmayaraq "Türk Axını Layihəsi"nin də inkişaf etdiriləcək bir layihə olduğunu deyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İzmir şəhərinin Qaraburun qəsəbəsində külək enerjisi stansiyasının açılış mərasimində jurnalistlərin suallarını cavablandıran T.Yıldız qeyd edib ki, "Türk Axını Layihəsi" ilə əlaqədar olaraq Qazpromla danışıqlar davam etdirilir: Avropa İttifaqı ilə bəzi ölkələrin fikirləri üst- üstə düşə bilər. Lakin ölkəmiz milli duruş ifadə edərək öz maraqlarını düşünməklə layihələr həyata keçirir. Türkiyənin mənfəəti əsas mövzu olduğu bir vaxtda biz daha çox diqqətli oluruq. TANAP layihəsinə ortaq olmağımıza baxmayaraq, "Türk Axını" layihəsi inkişaf etdirilməlidir. Bununla əlaqədar artıq Rusiyanın Qazprom şirkəti ilə danışıqlar davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə