"Heydər Əliyev- Müasir Azərbaycanın Memarıdır" FOTOLAR

"Heydər Əliyev- Müasir Azərbaycanın Memarıdır" FOTOLAR

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev -Müasir Azərbaycanın Memarıdır" mövzusunda tədbir keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəvərə görə, tədbir iştirakçıları Dövlət himni səsləndiriləndən sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuşsənədli filmi izləyiblər. Daha sonra çıxış edən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr müavini, YAP ərazi üzrə Partiya təşkilatının sədri Əvəz Qocayev bildirib ki, Azərbaycanın çağdaş tarixi dahi siyasətçi, böyük dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır."Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin ən böyük şəxsiyyətlərindəndir. Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıqlar göstərmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün Ulu öndər Heydər Əliyevə borcluyuq. Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası məhz 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir. Ümummilli lider Heydər Əliyev müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin siyasi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam",–deyən cənab İlham Əliyev, doğrudan da hər bir azərbaycanlının prezidentinə çevrildi. Bu gün İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya birliyində layiqli yerini tutub."

Daha sonra söz Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin YAP Partiya təşkilatının sədr müavini Həbib Misirova verildi. O, çıxışında qeyd etdi ki, 1993-cü ildə xalqımızın təkidli tələbi, xilaskar missiyası ilə Azərbaycana qayıdan ÜmummilliLliderimiz Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi. "Ölkədə hökm sürən xaosun, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısı birdəfəlik alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, respublikada sabitlik mühiti bərqərar oldu. Ümummilli Lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirib. Məhz I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Çünki ölkəmizin birinçi xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, eləcə də beynəlxalq aləmdə həyata keçirdiyi layihələr dünya birliyində böyük əks-səda doğurmuşdur. Hazırda regionun lider dövlətinə və dünya birliyində söz sahibinə çevrilən Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə yüksələn reytinqi, getdikcə möhkəmlənən mövqeyi, mövcud ictimai-siyasi sabitlik ölkəmizin bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə tam əminlik yaratmışdır."

Tədbirdə iştirak edən YAP Nəsimi rayon Gənclər birliyinin sədri Elnur Rəhimov isə cıxış edərək bildirdi ki, ölkəmizin hər bir yerində, bütün sahələrdə Ulu Öndərin quruculuq fəaliyyətinin silinməz izləri var. " Azərbaycanda qısa bir zaman kəsiyində hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız Azərbaycan xalqı üçün deyil, həm də bəşəri xidmətlərindəndir. Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir."

Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC-nin Gənclər birliyinin sədri Çinarə Süleymanova çıxışında qeyd etdi ki, Azərbaycan gənclər ölkəsidir və gənclərə diqqət, qayğı Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. "Dahi şəxsiyyət bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir. Əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Gənclər birliyinin sədr müavini Elnarə Rəşidova çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi infrastrukturun inkişaf etdirilməsi olduğunu qeyd edərək, müasir Azərbaycanın qurucusunun bu sahədə çox mühüm işlərə imza atdığını əlavə etdi. "Bu baxımdan Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayon daxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Ulu öndər "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", "İqtisadiyyat hər şeydir, çünki o, cəmiyyətin bünövrəsidir" kimi fikirləri ifadə etməklə iqtisadiyyatın cəmiyyətin inkişafında rolunu olduqca yüksək qiymətləndirirdi. Ulu Öndərin gəlişi ilə yenidən doğulan Azərbaycanın taleyi doğru əllərdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə