“Doktor” TV “Azerspace-1”dən yayımlanacaq

“Doktor” TV “Azerspace-1”dən yayımlanacaq

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC və "Doktor" TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbat xidmətindən SİA-ya verilən xəbərə görə, müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı "Doktor" TV, artıq "Azerspace-1" peyki üzərindən yayıma keçəcək. Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı mövzusunda olan verilişlər nümayiş olunur.

Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan "Doktor" TV kanalı 1 may 2015-ci il tarixindən 11015/H/30000 tezliyi ilə yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə