Elman Mehdiyev: “Fərdi hesablara əsaslanan sistem qurulacaq” AÇIQLAMA
"Hazırda dövlət pensiya sistemində olduğu kimi, fərdi hesablara əsaslanan sistem qurulacaq". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, vətəndaşlar üçün yaradılacaq fərdi pensiya hesabları onların real bank hesabları olacaq. Bu hesab dünya praktikasında istifadə olunan sistemdir və icbari əsaslarla həyata keçiriləcək: "Bu fərdi hesablar hazırki vəziyyətdən fərqli olaraq real bank hesabı olacaq. Bura yatırılan vəsaitlər real vəsaitlər olacaq və maliyyə bazarında yerləşdirilərək artırılacaq. Həm vəsaitlərin özü, həm də onların yerləşdirilməsindən əldə olunan gəlirlər gələcəkdə vətəndaş pensiyaya çıxdıqda, onun pensiya təminatına yönəldiləcək. Bu ümumi bir sxemdir, yəni yığım komponenti və özəl pensiya fondlarının fəaliyyəti üzrə ümumi bir çərçivədir. Amma bu çərçivə daxilində hər bir ölkənin inkişaf xüsusiyyətlərinə uyğun olaraq müxtəlif variantlar seçilir. Məsələn, elə bir ölkələr seçilir ki, burada ödənilən sosial sığorta haqları könüllü deyil, icbarı əsaslarladır. Son dövrdə dünya maliyyə bazarında baş verən hadisələr bu məslənin icbari əsaslarla həyata keçirilməsini kifayət qədər riskli olduğunu ortaya qoydu və bizim də təhlillərimiz buna əsaslandı ki, Azərbaycan Respublikasında bu məsələnin məcburi sosial sığortalanma əsasında reallaşdırılması bizi digər ölkələrin maliyyə böhranında üzləşdiyi ciddi problemlərlə üzləşdirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB