"Heç bir aspekt və göstəricilər dünya bazarında neftin qiymətinin son həddə düşməsinə imkan vermir". Bu sözləri Azərbaycan Respbulikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar keçirilən konfrans zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq dünyada neft rezervləri dolub, Amerika Birləşmiş Ştatları ehtiyat çənlərini doldurub. İlin ikinci yarısında isə neftin qiyməti dünya bazarında stabilləşəcək: "Görürük ki, artıq Amerikada da ehtiyat çənlər doldu, amma bu dünya bazarına yenə də heç bir təsir etmir. Demək, bu dibdir və bazarda neft artıq yoxdur. Yəqin ki, ilin ikinci yarısında neftin dünya bazarında qiyməti artıq stabilləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB