Aprelin 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində qonşu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb. SOCAR-dan SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığın perspektivləri, SOCAR-ın bu ölkədə həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində R.Abdullayevin Azərbaycan-Gürcüstan birgə əməkdaşlıq layihələri əsasında inşa olunmuş bəzi tikinti obyektlərinin açılışında iştirakı nəzərdə tutulub.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB