Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi təbii qaz verilmiş çoxmərtəbəli binaların sayını açıqlayıb. SOCAR-dan SİA-ya verilən məlumata görə, "Azəriqaz" bu ilin birinci rübü ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 131 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 2 947 ailə yaşayır.
Qurumun məlumatında bildirilir ki, ümumiyyətlə, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə mavi yanacaqla təmin olunmasında maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB