Əli Məsimli: “Neftin qiyməti 50 dollar ətrafında olacaq” Proqnoz
"Neftin qiymətinin dəyişməsi ilə bağlı illuziyalara qapılmaq lazım deyil. Bazar iqtisadiyyatıdır və müəyyən vaxt çərçivəsində neft, qızıl və digər indikator xarakteri daşıyan elementlərdə dəyişikliklərin olması labüddür". Bu sözləri SİA-ya açıqlamasında Millət vəkili Əli Məsimli deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatı dolların təsiri altındadır, avro belə dolların monopoliyasını aradan qaldıra bilmədi. Neftin qiymətinə gəldikdə isə, dolların məzənnəsi qalxdıqda neftin qiyməti düşəcək, neft qiyməti qalxdıqda isə dolların məzənnəzi aşağı düşəcək: "Amma dünyada iqtisadi proseslər elə qurulub ki, dolların dünya iqtisadiyyatına təsiri çox güclüdür, ona görə də artıq daxili məhsulun ümumi həcminə görə ABŞ-dan yüksəyə qalxan Avropa Birliyinin avrosu belə dollar monopolyasını aradan qaldıra bilmədi. Avro bunu edə bilmədisə xammalla birbaşa bağlı olan "taxta pullar" dolların yanından "kül olub" keçə də bilməz. Bu dəqiqə dünya iqtisadiyyatı elə qurulub ki, neftin qiyməti qalxanda dolların məzənnəsi aşağı düşəcək, neftin məzənnəsi aşağı düşəndə dolların qiyməti qalxacaq. Bu proses hələ xeyli müddət davam edəcək. Əgər bir həftəlik göstəricidən söhbət gedirsə, onda neftin qiymətinə subyektiv amillər də təsir göstərəcək. Həftənin iş günlərində neftin qiyməti bir balaca aşağı düşəcək, həftə sonlarında qalxacaq və bu cür ziqzaqlarla davam edəcək".
Əli Məsimli onu da vurğuladı ki, bu il dünya bazarında neftin qiyməti 50 dollar ətrafında olacaq. Dollar və neftin məzənnələri bir-birindən asılı olaraq dəyişir və gələcəkdə də belə olacaq. Amerikanın neft ixrac etməyə başlaması fikri, Ukraynadakı hadisələr, Yəməndə baş verən qırğınlar neftin dünya bazarındakı qiymətinə təsir edən amillərdən biridir: "Bu il neftin dünya bazarında qiyməti orta hesabla 50 dolların ətrafında və ya biraz ondan aşağı, ən pis variantda orta göstərici 55 dolların ətrafında, maksimum isə 60-65 dolların ətrafında hərəkət edəcək. Bu gün hərəkət traektoriyasında müəyyən həftələrdə dolların məzənnəsində dəyişikliklərin olması təbiidir. Dollar enəndə avro qalxacaq, avro enəndə dollar qalxacaq. Avronun enməsi üçün Avropa Birliyi də maraqlıdır ki, öz mallarını dünya bazarına, o cümlədən Amerika bazarına çıxarda bilsin. Bu proses yalnız Avropa Birliyinin avronu ucuzlaşdırması prosesini sürətləndirməsi ilə hadisələrə təsir göstərə bilər. Siyasətdə isə, Yəməndə baş verən hadisələr bilavasitə neftin qiymətinə və dolların məzənnəsinə təsir göstərəcək. Ukraynada sakitlik olmasa bilavasitə həm neftin qiymətinə, həm də dolların məzənnəsinə təsir göstərəcək. İstənilən geofərqlilik, yüksək səviyyəyə qalxmış münaqişələr də neft qiymətinə təsir göstərəcək. Bu da dolların qalxıb enməsinə təsir edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB