Azay Quliyev: “Dövlət rezervlərimiz xarici borclarından 8 dəfə çoxdur”

Azay Quliyev: “Dövlət rezervlərimiz xarici borclarından 8 dəfə çoxdur”

"Çox sevindirici haldır ki, Azərbaycanın dövlət rezervləri xarici borclarından 8 dəfə çoxdur". SİA-nın məlumatına görə, bunu millət vəkili Azayq Quliyev Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, bu çox ciddi makro iqtisadi göstərici hesab oluna bilər: "Bu rəqəm bütöbvlükdə Ermənistanın dövlət rezervlərindən 25 dəfə, Gürcüstanın dövlət rezervlərindən 17 dəfə, Belarusun dövlət rezervindən 6 dəfə çox olmaqla, hətta neft ölkəsi olan Qazaxıstanı 40 faiz üstələyir".

Onun sözlərinə görə, hökumət ötən il iqtisadi artım tempini saxlaya bilib: "Ötən il biz 3 faizlik artıma nail olduq. Xüsusi önəm kəsb edən məsələlərdən biri də bu idi ki, dövlət, hökumət son illər qarşısında çox mühüm bir məqsəd qoyub ki, qeyri neft sektoru inkişaf etsin. Nəhayət ki, ilk dəfə idi ki, 2014-cü ildə ümumi daxili məhsulda qeyri neft sektorunun payı demək olar ki, 60 faizlik limiti keçdi, 62 faizə çatdı. Eyni zamanda, büdcədə də 30 faiz limit keçildi və 34 faiz büdcə gəlirləri qeyri-neft sektoru hesabına formalaşdı".

A.Quliyev bildirib ki, əhalinin məmnunluğunu təmin edən mühüm layihələrdən biri də son layihələrdən biri də ASAN xidmətdir: "Ötən il 7 mərkəz tərəfindən 6,5 milyon vətəndaşa xidmət etmək üçün şərait yaradılıb. Ötən ildə ən vacib məsələlərdən biri də I Avropa Yay Olimpiya Oyunlara hazırlıq idi. Əminəm ki, hökumət bunun öhdəsindən laiqincə gələ bildi. Çoxlu sayda infrastruktur layihələri həyata keçirdi. Əminəm ki, bu oyunlar ölkəmizdə yüksək səviyyədə həyata keçiriləcək".

Millət vəkili deyib ki, kənd təsərrüfatı sahəsində də ötən il ciddi nailiyyət əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə