"Azərbaycan öz qazını həm region, həm də dünya bazarlarına çıxarmaq üçün TANAP ən gözəl vasitədir". Bunu SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban söyləyib. Bildirib ki, TANAP layihəsinin reallaşması nəticəsində Azərbaycan öz qazını həm Türkiyə, həm də Avropa bazarına çıxara biləcək: "Məhz bu günə qədər Azərbaycan qazını Avropaya infrastruktur olmadığına görə çıxara bilmirdi. Belə ki, TANAP-ın reallaşması ilə bu məsələ öz həllini tapdı. Belə ki, 2011-ci ildə sözügedən layihə Azərbaycanın təşəbbüsü ilə gündəmə gəldi və 2012-ci ildə hökumətlərarası saziş imzalandı. Burada operator Azərbaycan Dövlət Neft Şirkətidir. Bunun maliyyə yükünün altına da Azərbaycan dövlət girir. Bu baxımdan da Avropa şirkətləri layihənin kommersiya tərəfini 10 illiklər boyu hesablayanda, hökumətlərlə bir araya gələ bilməyəndə Azərbaycan riskə gedib, belə bir addım atıb, o kəmərin çəkilməsinə bütövlüklərini öz üzərinə götürdü. Bununla da, cəmi 1 həftə sonra onun Türkiyə ərazisində təməlqoyma mərasimini də keçirəcəyik. Beləliklə Cənub Qaz Dəhlizinin (2600 km) yarısı TANAP-ın üzərinə düşür. Bu da ən böyük bir hissədir".
Qeyd edək ki, martın 17-də Türkiyənin Qars şəhərində TANAP (Trans-Anadolu qaz boru kəməri) layihəsinin təməlqoyma mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB