"I Avropa Oyunlarına qədər 95 minə yaxın POS-terminal quraşdırılacaq"
"2013-cü ilin yekunlarına görə, Azərbaycanda 38 minə yaxın POS-terminal quraşdırılmışdısa, hazırda respublika üzrə 82 min aktiv fəaliyyətdə olan POS-terminal var. I Avropa Oyunlarına qədər 95 minə yaxın POS-terminal quraşdırılması nəzərdə tutulub". Bu fikirləri vergilər naziri Fazil Məmmədov "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən IV vergi Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, Vergilər Nazirliyi müvafiq banklarla, o cümlədən Mərkəzi Bankla birgə ölkə üzrə quraşdırılan POS-terminalların sayının artırılması istiqamətində müvafiq işlər görməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB