Xam neftin ixracı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ilin dekabr ayında Supsa limanından 254 min 498 ton, Ceyhan limanından 2 milyon 194 min 300 ton xam neft ixrac edib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton, Supsa limanından 2 milyon 957 min 390 ton, Ceyhan limanından isə 20 milyon 483 min 248 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə