“Bir layihə ilə bir neçə funksiyanı yerinə yetirmək mümkün olacaq” Açıqlama

“Bir layihə ilə bir neçə funksiyanı yerinə yetirmək mümkün olacaq” Açıqlama

"İlk növbədə su elektrik stansiyaları enerji təminatı baxımından çox əlverişlidir. Eyni zamanda Şəmkir Su Elektrik Stansiyası təkcə enerji baxımından yox, digər baxımdan da çox sərf edir". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, su anbarının tikintisi təkcə enerji deyil, bir çox sahədə də əhəmiyyətli bir layihədir: "Suvarma üçün əhəmiyyətindən danışaq. Təkcə Şəmkirdə deyil, ətraf rayonlarda da suvarma və kənd təsərrüfatının inkişafı üçün çox böyük bir mənbədir. Birincisi elektrik enerjisi baxımından, ikinci suvarma sistemi və kənd təsərrüfatı baxımından, üçüncüsü isə içməli su baxımından çox əlverişlidir. Yəni, bir layihə ilə bir neçə funksiyanı yerinə yetirmək mümkün olacaq. Ümumilikdə baxdıqda isə, ölkədə başlıca iqtisadi siyasətin hədəfi ondan ibartdir ki, getdikcə neft amilindən iqtisadiyyatın azaldılması istiqamətində işlərin görülsün. Elə bu baxımdan getdikcə neft amilindən azaldılması üçün belə böyük layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir.

Təşkilat sədri onu da əlavə etdi ki, su anbarlarının tikintisi həm də həmin regionun iqtisadiyyatına təsir edərək, fermer təsərrüfatının və sahibkarlığın inkişafına dəstək verir: "Su anbarının suvarmaya təkan verəcəyindən danışarkən, anbarlar ətrafda kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə və sahibkarlığın inkişafına imkan verir. Yəni, ətrafda artıq fermer və kənd təsərrüfatlarının yaranmasına qaynaq olur. Eyni zamanda içməli su ilə bağlı digər məsələlərə toxunduqda, əhalinin içməli su ilə təminatı ilə yanaşı digər infrastrukturların da yaranmasına dəstək olur. Orada iş yerləri açılır, sahibkarlıq inkişaf edir, bu vəya digər formada bunu iqtisadiyyata böyük dividentlə gəlir gətirən mənbələrdən biri hesab etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə