Məhərrəm Səfərli: “Amerikaya uçuş artırılır” Açıqlama

Məhərrəm Səfərli: “Amerikaya uçuş artırılır” Açıqlama

"Sərnişinlərin sayı hələlik qane etmir. Lakin, siyasi baxımdan Amerika Birləşmiş Ştatları ilə hava əlaqəsi yaratmaq ən mühüm şərtdir". Bunu SİA-ya açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarına səfərlərin sayı həftədə 3 dəfəyə çıxarılacaq: "Uçuşların saatının neçədə olduğunu deyə bilmərəm, lakin hansı günlər olduğunu demək mümkündür. Hal- hazırda həftənin 3-cü və 6-cı günləri uçuş həyata keçirilir. Dekabrın 8-dən sonra isə həftənin 1-ci günləri də uçuş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə