Nazir: "Aztəminatlı ailələrin müavinətləri artırıla bilər" Açıqlama
"Sosial asılılığı aradan qaldırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Özünə dəstək" layihəsi üçün 211 ailə seçilmişdi. Bu layihənin 82%-i özünü doğrultdu. Amma onun tətbiqi üçün Nazirlər Kabinetinin qərarı və ya hər hansı normativ- hüquqi baza yox idi". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən "Sosial müdafiə sahəsində elektron xidmətlər: kəşfiyyat və miqyasın genişləndirilməsi mövzusunda BSTA Avropa Şəbəkəsinin Texniki Seminarı çərçivəsində bildirib.
Nazir deyib ki, bu, sadəcə Dünya Bankının öz layihələri çərçivəsində həyata keçirilirdi: "Bu layihənin gələcəkdə həyata keçirilməsi məsələləri nəzərdən keçiriləcək. Əsas məqsədimiz hamını işlə təmin etməkdir. Biz eyni ailələrə eyni müddətə sosial yardım verməklə kifayətlənməməliyik. Apardığımız tədqiqatlar göstərir ki, sosial yardım alanların əksəriyyəti çoxuşaqlı ailələr, əlilliyi olan şəxslər və ahıllardır. Bu o deməkdir ki, burada əmək qabiliyyətli insanlar azdır. Hətta onlara "Özünə dəstək" layihəsi icra olunsa belə, onlar yenə də 80%-ə qədər sosial yardıma müraciət edəcəklər".
Məsələnin digər həlli yolunun sosial müavinətlər, pensiyaların artırılması olduğunu deyən nazir bildirib ki, ailələrin dövlətin büdcəsindən (DSMF-dən ) əldə etdikləri gəlirlərin sosial müavinətlər, pensiyalar şəklində artırılması və üçüncü element olan sosial yardıma tələbin azalmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB