Noyabrın 24-25-də Ankarada Qlobal Enerji Konqresi keçiriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Qlobal Enerji Cəmiyyəti tərəfindən təşkil ediləcək 7-ci Beynəlxalq Enerji Konqresi və Sərgisində enerji sektorunun bütün istiqamətləri müzakirə olunacaq.
"Conqresium Ankara" Beynəlxalq Konqre və Sərgi Mərkəzində keçiriləcək toplantıda bərpaolunan enerji, neft və təbii qaz, enerji təhlükəsizliyi kimi mövzuların da müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın da dəvət edildiyi Konqresdə Rusiya, Gürcüstan, Qətər, İngiltərə, Bolqarıstan, Hindistan, Türkmənistan, ABŞ, Keniya, Mozambik, İraq, Çin, Cənubi Koreya , Yaponiya və digər ölkələr iştirak edəcək. Konqresdə sadalanan ölkələr Energetika Nazirliyi səviyyəsində təmsil olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB