Ziya Bünyadov prospekti yenidən qurulur FOTO

Ziya Bünyadov prospekti yenidən qurulur FOTO

"Ziya Bünyadov prospektinin qovşaqlar da daxil olmaqla ümumi uzunluğu 9,2 km, hərəkət zolaqlarının sayı isə keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaq arasında dəyişəcək". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, prospektin yenidən qurulmasında məqsəd 20 yanvar dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairə ilə Böyük Şor yol qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz hərəkətini təmin etməkdir: "Yol boyu nəzərdə tutulan qovşaqlarda biri istismara verilib, digər 3 qovşaqda işlər başa çatdırılıb. Demək olar ki, bəzi koməkçi hissələr istisna olmaqla 3 qat asfalt-beton örtüyünün döşənməsi sona çatmaq üzrədir. İşıqlandırma sisteminin böyük hissəsi quraşdırılıb, drenaj sistemində isə işlərin 95 faizi yerinə yetirilib. Hazırda sonuncu aşınma qatının vurulmasına hazırlıq işləri gedir. Hava şəraiti normal keçərsə, sonuncu qatın döşənməsi oktyabr ayının sonuna qədər yekunlaşacaq. Hazırda 20 yanvar dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairədən Böyük Şor qovşağına qədər nəqliyyatın normal hərəkəti təmin olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə