Samux rayonunda ötən il 9 min hektar əraziyə 1600 ton taxıl əkilib ki, ondan da 29 min 500 ton məhsul yığılıb. Burada hər hektara 32-33 sentner taxıl yığılıb. Quraqlığı nəzərə alsaq bunu respublika üzrə yüksək göstərici hesab etmək olar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu il Samuxda payızlıq əkin üçün rayonun daxili istehsalı hesabına anbarlara 1394 ton taxıl toxumu tədarük edilib ki, bu da 7 min 500 hektar əraziyə əkiləcək. Taxılın əkininin azalmasını isə mütəxəssislər bu cür izah edir. Samux rayonunda payızlıq taxıl əkininə oktyabrın ortalarından başlanılacaq və proses noyabrın sonunda başa çatacaq.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB