Nazir müavini: " "Azerspace-2”nin tenderinə hazırlıq işləri aparılır" Açıqlama

Nazir müavini: " "Azerspace-2”nin tenderinə hazırlıq işləri aparılır" Açıqlama

"İkinci telekommunikasiya peyki olan "Azerspace-2" layihəsinin tenderinə hazırlıq işləri aparılır. Çox sayda maraqlı təkliflərin olduğunu nəzərə alsaq, bu, çox böyük və məsuliyyətli layihədir". SİA-nın xəbərinə görə, bunu açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin I müavini İltimas Məmmədov deyib.

Nazir müavini bildirib ki, belə layihələrdə tələsmək lazım deyil: "Artıq bu sahədə nazirliyin təcrübəsi var və məsələyə lazımi mütəxəssislər də cəlb olunub. Hazırda müxtəlif təkliflər araşdırılır və yaxın vaxtlarda nazirlikdə müzakirələr olacaq. Bununla da son variant üzrə tender elan olunacaq. Hazırda tenderin elan olunması üçün maliyyə vəsaitlərinin hansı şirkətlərə söykənəcəyi, peykin hara buraxılacağı və digər bu kimi məsələlər araşdırılır. Onu da qeyd edim ki, peykin orbital mövqeyi təkliflərə bağlıdır".

"İlin sonuna kimi hansı nəticələrin əldə olunduğu və nə qərara gəldiyimizi "Azərkosmos" ASC ilə birgə açıqlayacağıq" -deyə, İ. Məmmədov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə