Yeni Yaşmada külək elektrik stansiyası istifadəyə verilərək

Yeni Yaşmada külək elektrik stansiyası istifadəyə verilərək

Xızı rayonunun Yeni Yaşma ərazisində 50 meqavat gücündə yeni külək elektrik stansiyası istismara veriləcək. Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində deyib.

A.Bədəlov qeyd edib ki, artıq stansiyada tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda ərazidə son tamamlama işləri görülür. Dövlət Komissiyası tərəfindən stansiyada yoxlamalar aparılır. Stansiya yaxın günlərdə istifadəyə verilərək "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə