Vüqar Bayramov: “Bu müqavilə Azərbaycanda dayanıqlı inkişafın əsasını qoydu” AÇIQLAMA
"Əsrin Müqaviləsi" Ümummilli Lider Heydər Əliyevin Neft strategiyasının müəyyənləşməsində əsasını qoyduğu ilk iqtisadi müqavilədir". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib. İqtisadçının sözlərinə görə, Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanın iqtisadi göstəriciləri praktiki olaraq çox pis vəziyyətdə idi: "Lakin Ulu Öndər Heydər Əliyev mühüm strateji qərar qəbul edərək, 1994-cü ilin sentyabrın 20-də "Əsrin Müqaviləsi"nin imzalanma mərasimini təşkil etdi. Nəzərə alsaq ki, həmin dövr kifayət qədər geopolitik və iqtisadi baxımdan zəif idi. Bu, yeni müstəqil Azərbaycanın Neft strategiyasının başlanğıcı, təməli oldu. Əgər biz həmin dövrdəki mövcud vəziyyəti qiymətləndirsək şahidi ola bilərik ki, o vaxt orta aylıq əmək haqqı 15 manat idi. Bununla belə, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 300 milyon dollardan az idi. Eyni zamanda sosial kütləyə ayrılan bir çox vəsaitlərin həcmi 100 milyon dollardan aşağı idi. Eləcə də neft hasilatı çox aşağı səviyyədə idi. 1990-cı illərin əvvəllərində ciddi müşahidə edilən azalma, 1994-cü ildə də özünü göstərirdi. Bu strateji müqavilə və tarixi addım praktiki olaraq son 20 ildə Azərbaycanın ümumi daxili məhsulunun 16 dəfə artmasına səbəb oldu. O cümlədən sosial kütləyə ayrılan vəsaitlərin həcmi 30 dəfə artdı. Bununla belə orta aylıq əmək haqqında 30 dəfə artım müşahidə edildi. Həmçinin bu özünü Azərbaycan dövlət büdcəsinin gəlirlərində də əks etdirdi. Bu tək Azərbaycanın Neft strategiyasının əsasını qoyan anlaşma, müqavilə deyildi. Bu həmçinin Azərbaycanda dayanıqlı inkişafın əsasını qoyan müqavilə idi.
Bu gün biz 20 il sonra "Əsrin Müqaviləsi"ni qiymətləndirən zaman ona sadəcə olaraq enerji, neft, mavi qaz və s. anlaşması kimi deyil əksinə Azərbaycanda sürətli iqtisadi inkişafın təməlini qoyan müqavilə kimi baxmalıyıq. Ümummilli Lider Heydər Əliyev "Əsrin Müqaviləsi"ni imzalamaqla, Azərbaycanda hələ bir neçə on illiklər üçün baza yaratmış oldu. Bu müqavilə bağlandıqdan sonra Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyanın həcmində kəskin artırmlar müşahidə olundu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB