Bakıda Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində görüşlər davam edir

Bakıda Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçirilir. SİA-nın verdiyi məlumata görə, görüşün əsas məqsədi Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq tərəfdaşlığı ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldova baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Natalia Qerman, Gürcüstanın xarici işlər naziri Maya Pandcikidze, Belarusun xarici işlər nazirinin müavini Yelena Kupçina, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidməti baş katibinin müavini Helqa Şmid iştirak edirlər.

Tədbiri açan Elmar Məmmədyarov deyib ki, bu görüş Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsinin aparılmasına imkan yaradacaq.

Avropa Birliyinin vitse-prezidentinin açılış nitqindən sonra Elmar Məmmədyarov sözu Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramova verib. Azərbaycanlı alim regionda baş verən son dəyişikliklər ilə bağlı çıxış edib. Rusiya Ukraniya münaqişəsini və eləcə də regiondaki son durumu qiymətləndirən Vüqar Bayramov eyni zamanda hökumətin vətəndaş cəmiyyətinin inkişafını daha yaxından dəstəklənməsindən məmun olduğunu deyərək əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret təkliflər ilə çıxış edib. Vüqar Bayramov vətəndaş cəmiyyəti ilə hökumət qurumları arasında dialoqun inkişaf etməsini müsbət qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə