Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun növbəti əməkdaşlığı
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Qurumdan SİA-ya verilən xəbərə görə, memorandum İnstitutunun direktoru Sabiq Abdullayev və "Keyfiyyət Assosiasiyası" İB sədri Samir Novruzlu tərəfindən imzalanıb.
Memorandumun əsas məqsədi standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi və s. istiqamətlər üzrə birgə layihələrin, təlimlərin, məsləhət xidmətlərinin və digər xidmətlərin birgə həyata keçirilməsi üçün əməkdaşlığın möhkəmləndirilməsi, əməkdaşlıq yolu ilə qeyd olunan istiqamətlər üzrə ölkədə fəaliyyət göstərən yerli və xarici, dövlət və özəl təşkilat və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması üçün birgə əməkdaşlıq planının işlənib hazırlanması və həyata keçirilməsindən ibarətdir.
Adı çəkilən məqsədlər üçün hər iki təşkilat tərəfindən yaradılması planlaşdırılan işçi qrupun məqsədi araşdırma və tədqiqatlar yolu ilə mövcud və yeni standartların işlənib hazırlanması (tərcüməsi), təkmilləşdirilməsi, beynəlxalq və regional standartlarla harmonizasiyası və yerli tələbata uyğunlaşdırılması, onların tətbiqinə dəstək, mövcud və yeni standartların tətbiqi məqsədi ilə müxtəlif mövzularda təlim və məsləhət xidmətlərinin təşkili və keçirilməsi, müxtəlif növ tədbirlərin (konfrans, seminar, simpozium, bençmarkinq, dəyirmi masa və s.) təşkili və keçirilməsi, müxtəlif cür nəşrlərin (jurnal, qəzet, bülliten, kitab, metodika, broşür, buklet və s.) hazırlanması, çapı, paylanması yolu ilə təbliğat işlərinin təşkili, yeni kadrların və mütəxəssislərin hazırlanması, bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi, həmçinin onların qeydiyyatının aparılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq, tədbirlərdə birgə iştirak, beynəlxalq tədbirlərin ölkəmizdə təşkili və keçirilməsi, keyfiyyət sahəsində mükafat təsis etmək, seçilmiş müəssisələri mükafatlandırmaq, yerli müəssisələri beynəlxalq keyfiyyət turnirlərinə hazırlamaq, keyfiyyət infrastrukturunun qurulması və təkmilləşdirilməsi üçün birgə layihələr hazırlamaq və həyata keçirmək olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB