Norveçdə neft sahəsində fəaliyyət göstərən 50 şirkət son bir neçə gündə sıx virtual hücumlara məruz qalıb. Ölkənin Milli Təhlükəsizlik Xidməti (NSM) son bir neçə gündə Norveç şirkətlərinə qarşı indiyə qədər görülməyən sıxlıqda kiber hücumlar təşkil edildiyini bildirib. Milli virtual hücumlarda xəbərdarlıq və koordinasiya vəzifəsini icra edən qurum ölkədəki 50 neft şirkətinin hücuma məruz qaldığını, 250 şirkətin isə risk altında olduğunu açıqlayıb.
Qeyd edək ki, iyunda Norveçdə fəaliyyət göstərən beş bank və iki sığorta şirkətinə virtual hücum təşkil edilmişdi. Hücumları 17 yaşındakı bir internet piratı boynuna götürmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB