Bakı Ağ Şəhər: füsunkar Park rayonunda tikinti işləri davam edir

Bakı Ağ Şəhər: füsunkar Park rayonunda tikinti işləri davam edir

Bakı Ağ Şəhər layihəsi çərçivəsində salınan Park rayonunda 20 mərtəbəli 11 bina və 7-8 mərtəbəli 8 bina tikiləcək. Ümumi sahəsi 24 hektar olan Park rayonunun arxitektura konsepsiyası Böyük Britaniyanın tanınmış "ATKİNS" şirkəti tərəfindən yerli mütəxəssislərlə birgə layihələndirilib. Tikinti işləri 311 min kvadratmetr sahəni əhatə edir. Hündür binaların podiumları kommersiya məqsədləri üçün nəzərdə tutulur. Bakı Ağ Şəhərin baş planına əsasən, hər mənzilə bir avtoparkinq yeri ayrılacaq.

Enerjinin və istiliyin qorunması məqsədilə divarlar izolyasiya olunur. Fasad və dam örtüyü üçün materialın seçilməsi baş plana uyğun olaraq texniki şərtlərlə nizamlanır. Keramik materiallarla üzlənəcək fasadlarda kondisionerlər üçün xüsusi yerlər olacaq.

Ərazidə müasir infrastruktur yaradılır, geniş yaşıllıq və abadlıq işləri aparılır. Həmçinin rayonun yaxınlığında yerləşən Nizami parkının bərpası planlaşdırılır.

Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən çoxmərtəbəli binalardan Nizami parkına, Sahilyanı rayona və Bayraq Meydanına füsunkar mənzərə açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə