Qərb zonası üzrə "Kompleks Təlim Proqramı"nın rəsmi açılışı olub FOTO
Gəncədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində Qərb zonası üzrə "Kompleks Təlim Proqramı"nın rəsmi açılışı olub. Qurumdan SİA-ya verilən xəbərə görə, açılış mərasimində "Azərsu" ASC-nin, Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin, ali təhsil müəssisələrinin əməkdaşları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Gəncədə ucaldılan abidəsini ziyarət ediblər. Tədbirdə Dövlət himni səsləndirildikdən sonra Gəncədə yeni inşa edilən "Heydər Əliyev Mərkəzi və Park Kompleksi" və "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısının birinci müavini Mikayıl Zeynalov bölgələrdə həyata keçirilən içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O, Gəncə şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihənin icra olunduğunu xatırladaraq tikinti-quraşdırma işlərinin intensiv şəkildə həyata keçirildiyini vurğulayıb.
"Azərsu" ASC-nin sədrinin istismar üzrə müavini Köçərli Həsənov bildirib ki, Səhmdar Cəmiyyətinin fəaliyyətində beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadə prioritet təşkil edir: "Bütün bunlar nəzərə alınaraq Cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilir. Bu prosesin davamı olaraq "Azərsu" ASC "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində respublikanın regionlarında fəaliyyət göstərən idarə və müəssisələrin işçilərinin peşəkarlığının artırılması məqsədilə kompleks təlim proqramları həyata keçirir. Kadr hazırlığı işinin yüksək səviyyədə təşkil edilməsi üçün hazırda Bakı şəhərində yeni Təlim Mərkəzi inşa edilir və cari ilin sonuna qədər mərkəz fəaliyyətə başlayacaq".
"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin hər bir şəhər və kəndin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir: "Prezidentin tapşırığına uyğun olaraq istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində layihələr həyata keçirilir. Bu layihələrin icrası zamanı yeni laboratoriyalar yaradılır, müasir texnoloji avadanlıqlar quraşdırılır. Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilib. Həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək".
"Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə isə bildirib ki, "Regional Təlim-İnkişaf Proqramı-1" çərçivəsində 7 regionda təlimlərin keçirilməsi planlaşdırılır: "Ümumilikdə 1500 işçinin 9 istiqamət üzrə təlimlərdə iştirakı nəzərdə tutulub. İndiyə qədər Quba, Lənkəran və Şamaxıda belə təlimlər keçirilib. Növbəti təlimlər respublikanın qərb bölgəsini əhatə etməklə Gəncədə keçirilir. Bu təlimlərdə 11 rayondan 263 işçinin iştirakı nəzərdə tutulub".
Cari ilin sentyabr ayının ortalarınadək davam edəcək təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər.
Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB