Qəzaların sayı 13 faiz azalıb RƏSMİ

Qəzaların sayı 13 faiz azalıb RƏSMİ
Bu ilin ilk yarısında ölkədə ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin (avtobus, yük) iştirakı ilə baş verən qəzaların sayı ötən illərə nisbətən 13,7% azalıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə ölənlərin sayı 46,4%, yaralıların sayı isə 21,9% azalıb. "Məlum olub ki, bu ilin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarında Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu il hadisələrin sayı 5 fakt və ya 7,2%, yaralıların sayı 18 fakt və yaxud 40,9, ölənlərin sayı isə 10 fakt, yəni 71,4% azalma deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə