“AtaBank” investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsinə davam edir

“AtaBank” investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsinə davam edir

"AtaBank" ASC iyulun 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

2014-cü il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 17,125 milyon manat güzəştli kredit verilib.

Qeyd edək ki, "AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 93 milyon manat güzəştli kredit verilib.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə