Azərbaycan bu hesabatda öncül sıralardadır

Azərbaycan bu hesabatda öncül sıralardadır

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən "2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili" adlı hesabatı (http://www.wipo.int/export/sites/www/freepublications/en/economics/gii/gii_2014.pdf) nəşr edilib.

SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən verilən məlumda bildirilir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili" adlı hesabatında Azərbaycan öncül sıralardadır.

Sözügedən hesabatda 143 ölkə arasında 81 göstərici üzrə müqayisəli təhlil aparılıb. Qlobal innovasiya indeksi aşağıdakı meyarları özündə ehtiva edir: institutlar; insan kapitalı və tədqiqat; infrastruktur; bazarın mükəmməlliyi; biznesin mükəmməlliyi; bilik və texnologiya səmərəliliyi; yaradıcı səmərəlilik.

Azərbaycan biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer alıb.

Adıçəkilən hesabatın məqsədi dünya iqtisadiyyatlarının innovasiya bacarıqlarının və yekunlarının sıralanmasından ibarətdir. Qlobal innovasiya indeksi innovasiya üzrə müraciət edilən ən başlıca istinaddır.

Bütün xəbərlər Facebook səhifəmizdə