“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 418a nömrəli platformadan 2632 nömrəli quyuda qazma işlərinə başlanılıb. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə