ARDNŞ 6 ayda büdcəyə 968,3 milyon manat vəsait ödəyib

ARDNŞ 6 ayda büdcəyə 968,3 milyon manat vəsait ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin iyun ayında dövlət büdcəsinə 145 milyon 651 min manat vəsait ödəyib. Bu, 2013-cü ilin iyun ayı ilə müqayisədə 13 milyon 15 min manat çoxdur.

ARDNŞ-dan bildiriblər ki, ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında şirkət tərəfindən büdcəyə 968 milyon 309 min manat vəsait ödənilib. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 milyon 761 min manat çoxdur.

Bundan əlavə, cari ilin iyununda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 799 min manat vəsait köçürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə