Nazir: "2017-ci ilin sonunadək əhalinin 85%-i internetlə təmin olunacaq"

Nazir: "2017-ci ilin sonunadək əhalinin 85%-i internetlə təmin olunacaq"

"Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir. Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib: "Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir. Bunun üçün də qeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görə də İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçün xüsusi proqramı var".

Ə. Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindən danışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq: "Kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitə çatdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə