Günəşli yatağında quyu istismara verilib

Günəşli yatağında quyu istismara verilib

"Günəşli" yatağındakı 13-cü özüldən 352 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə SİA ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Şirkətin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 2895-2858 metr intervaldan sutkalıq 85 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə